Pulsuz

Excel-də çap: səhifəni düzgün çapa hazırla

Boş əlavə səhifələr, kəsilən sütunlar, xırda yazı və başlıqsız səhifələr olmadan çap etməyi öyrənin. 12 qısa dərsdə Print Preview, kağız və kənarlar, Print Area, Scaling, Print Titles, Page Break Preview, Header & Footer, PDF və problemlərin həlli. Hər dərsdə real Excel faylı ilə praktika və quiz.

  • Excel
  • Başlanğıc
  • 4 modul
  • 12 dərs
  • 126 dəq
  • 102 quiz
  • Sertifikat
  • Hər dərsdə AI köməkçi

Excel-də hesabat, siyahı və ya təklif hazırlayıb onu kağıza və ya PDF-ə çıxaran hər kəs: ofis işçiləri, mühasiblər, satış və anbar əməkdaşları, tələbələr.

Dərslər AsanExcel-in praktik yanaşması ilə hazırlanıb: hər addım real Excel 365 faylında yoxlanıb, nəticə səhifə sayı ilə təsdiqlənib.

Excel 365, 2021, 2019 və ya 2016 olan kompüter və Excel-in əsasları (faylı açmaq, xana seçmək). Printer şərt deyil: bütün nəticələri Ctrl+P önizləməsində və PDF-də yoxlayacaqsınız. Excel menyuları ingiliscə (en-US) göstərilir.

Nələri bacaracaqsınız?

  • Çapdan əvvəl Ctrl+P ilə səhifə sayını və problemi 1 dəqiqəyə tapmaq
  • Orientation, A4 kağız, Margins və Center on page ilə səhifəni səliqəli qurmaq
  • Print Area ilə yalnız lazım olan hissəni çap etmək, daxili məlumatı gizli saxlamaq
  • Scaling (Fit All Columns on One Page, Fit to) ilə kəsilən sütun və xırda yazı problemini həll etmək
  • Print Titles ilə başlıq sətrini hər səhifədə təkrarlamaq
  • Page Break Preview-da səhifə bölgüsünü idarə etmək, manual page break qoymaq
  • Header & Footer-ə Page 1 of N, tarix, fayl adı və loqo əlavə etmək
  • Xətaları, qeydləri, rəngləri və cədvəl xətlərini çapda idarə etmək
  • Bir neçə vərəqi, bütün kitabı və qrafikləri səliqəli çap etmək
  • Kitabı bir PDF faylı kimi saxlamaq və boş səhifə, səhv kağız kimi problemləri həll etmək

Kurs belə keçir

  1. Addım-addım dərslər12 dərs

    Hər mövzu real nümunə ilə izah olunur.

  2. Quiz102 quiz

    Qısa suallar; cavabınız dərhal yoxlanır.

  3. Sertifikat

    Bütün dərsləri bitirəndə adınıza sertifikat açılır.

Növbəti addım

Hazırsınız?

Dərsləri ardıcıl keçin — irəliləyişiniz hesabınızda yadda qalır.