Excel-də hesabat, siyahı və ya təklif hazırlayıb onu kağıza və ya PDF-ə çıxaran hər kəs: ofis işçiləri, mühasiblər, satış və anbar əməkdaşları, tələbələr.
Excel-də çap: səhifəni düzgün çapa hazırla
Boş əlavə səhifələr, kəsilən sütunlar, xırda yazı və başlıqsız səhifələr olmadan çap etməyi öyrənin. 12 qısa dərsdə Print Preview, kağız və kənarlar, Print Area, Scaling, Print Titles, Page Break Preview, Header & Footer, PDF və problemlərin həlli. Hər dərsdə real Excel faylı ilə praktika və quiz.
Dərslər AsanExcel-in praktik yanaşması ilə hazırlanıb: hər addım real Excel 365 faylında yoxlanıb, nəticə səhifə sayı ilə təsdiqlənib.
Excel 365, 2021, 2019 və ya 2016 olan kompüter və Excel-in əsasları (faylı açmaq, xana seçmək). Printer şərt deyil: bütün nəticələri Ctrl+P önizləməsində və PDF-də yoxlayacaqsınız. Excel menyuları ingiliscə (en-US) göstərilir.
What will you be able to do?
- Çapdan əvvəl Ctrl+P ilə səhifə sayını və problemi 1 dəqiqəyə tapmaq
- Orientation, A4 kağız, Margins və Center on page ilə səhifəni səliqəli qurmaq
- Print Area ilə yalnız lazım olan hissəni çap etmək, daxili məlumatı gizli saxlamaq
- Scaling (Fit All Columns on One Page, Fit to) ilə kəsilən sütun və xırda yazı problemini həll etmək
- Print Titles ilə başlıq sətrini hər səhifədə təkrarlamaq
- Page Break Preview-da səhifə bölgüsünü idarə etmək, manual page break qoymaq
- Header & Footer-ə Page 1 of N, tarix, fayl adı və loqo əlavə etmək
- Xətaları, qeydləri, rəngləri və cədvəl xətlərini çapda idarə etmək
- Bir neçə vərəqi, bütün kitabı və qrafikləri səliqəli çap etmək
- Kitabı bir PDF faylı kimi saxlamaq və boş səhifə, səhv kağız kimi problemləri həll etmək
How the course goes
Step-by-step lessons12 lessons
Every topic is explained with a real example.
Quiz102 quizzes
Short questions; your answer is checked at once.
Certificate
Finish every lesson and a certificate in your name opens.
Course programme
- 1Çapa baxış və səhifə ayarları3 lessons · 28 min
- 2Kəsilən sütunlar, xırda yazı və səhifə bölgüsü3 lessons · 28 min
- 3Peşəkar görünüş2 lessons · 20 min
- 4Çoxlu vərəq, qrafik, PDF və problemlərin həlli4 lessons · 50 min
- Certificate of completionOpens when every lesson is done
Prefer a classroom? In-person courses with Tural at İNNAB →