3. Bağlantı problemlərini yoxlamaq · 3/3 · 2 dəq

Bağlantı problemlərini yoxlamaq

Problemi yaxından uzağa doğru yoxlayın. Əvvəlcə ping ilə routeri (Default Gateway ünvanını), sonra ping 8.8.8.8 ilə internetə çıxışı, sonra ping asanexcel.com ilə DNS-i yoxlayın. Cavab hansı addımda kəsilirsə, problem oradadır: router cavab vermirsə yerli şəbəkə, 8.8.8.8 cavab vermirsə provayder, yalnız ad işləmirsə DNS. tracert əmri paketin yolda harada ləngidiyini göstərir.